"Neftçi"də 24 nömrəli forma altında çıxış edən Yusuf Laval bu gün məhz 24 yaşını tamamlayır. Paytaxt klubunun 2020-ci il iyulun 16-da "2+1" il şərti ilə rənglərinə bağladığı nigeriyalı vinger ötən müddətdə daim geydiyi formanın haqqını verməyə çalışıb. Ağ-qara rənglərə könül verən azarkeşlərin sevimlisinin indiki qiyməti 750 min avrodu. "Neftçi" "feysbuk" səhifəsində nigeriyalını təbrik edib, ona cansağlığı və uğurlar arzulayıb.