“Əl-Nəssr”in Asiya Çempionlar Liqasında “İstiqlal” ilə oyununun yeri dəyişdiriləcək. Bu haqda İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəssr” (Səudiyyə Ərəbistanı) rəhbərliyi Yaxın Şərqdəki münaqişəyə görə İranın paytaxtı Tehrana getməkdən imtina edib. Matçın oktyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi gözlənilir.
Xatırldaq ki, bundan əvvəl “Mohan Baqan” “Traktor”la Təbrizdə keçirilməli olan səfər matçına getməmişdi. Buna görə Hindistan klubu Çempionlar Liqasından kənarlaşdırılmışdı.
Ronaldonun komandası da cəzalanacaq?
Dünya futbolu






