“Real” yetirməsi Coan Martinezlə müqaviləni yeniləyib.
Bu barədə 17 yaşlı müdafiəçi özü açıqlama verib.
Onun İspaniya klubu ilə yeni müqaviləsinin müddəti 2026-cı ilə qədərdi. Coan bu mövzuda “bu möhtəşəm klubla müqaviləmi yenilədiyim üçün çox xoşbəxt və həyəcanlıyam. “Real” dünyanın ən yaxşı klubudu. İndi əvvəlkindən daha çox istəklə hər şeyə hazıram” deyib.
Qeyd edək ki, yeniyetmə futbolçuda cari mövsümün əvvəlində dizinin çarpaz bağının qopması aşkarlanmışdı. Martines bu səbəbdən uzun müddət meydana çıxa bilməyib.