Uzun müddət “Real”dakı gələcəyi qeyri-müəyyən qalan Marko Asensio iş yerini dəyişməyə bilər.
İspaniya klubu futbolçusu ilə müqaviləni yeniləmək istəyir. Yerli mənbələrin yaydığı xəbərə görə, rəhbərlik 26 yaşlı oyunçuya müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulacaq müqavilə təklif edib. Marko bu təklifi qəbul edəcəyi halda ilə 7 milyon avro qazanacaq. Hazırda tərəflər arasında danışqlar gedir. İspan futbolçunun “Real”la müqaviləsinin vaxtı 2023-cü ilin yayında sona çatacaq.