Eder Militao klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi “Real” ilə yeni müqavilə imzalayıb.
İspaniya klubunun saytının yaydığı xəbərə görə, braziliyalı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilin iyununa qədər uzadılıb. Militaonun yeni satış qiyməti də müəyyənləşib: onu sıralarında görmək istəyən klub “Real”a 1 milyard avro ödəməlidi. Eder Madrid klubuna 2019-cu ildə “Portu”dan keçib. O, bu müddət ərzində ağ formada bütün turnirlərdə 143 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, 28 yaşlı futbolçu bu mövsümün əvvəlində dizinin çarpaz bağının qırılmasından sonra indiyədək bərpa prosesi keçir. Onun yaşıl meydana apreldə qayıdacağı gözlənilir.