Daniel Karvaxal uzun müddətə sıradan çıxıb.
“Real”ın müdafiəçisi İspaniya La Liqasının 9-cu turunun “Vilyarreal”la oyununda (2:0) zədələnib. 32 yaşlı futbolçu matçın son dəqiqələrində rəqib müdafiəçi Pino ilə toqquşaraq yerə yıxılıb. O, meydanı xərəkdə və göz yaşları içində tərk edib. Artıq xəstəxanaya aparılan ispaniyalı futbolçunun durumu müəyyənləşib. Karvaxal bu barədə “instaqram” səhifəsində məlumat yayıb. O, dizinin çarpaz bağlarının zədələndiyini və bir neçə ay meydana çıxa bilməyəcəyini yazıb.
Qeyd edək ki, “Real”ın aparıcı üzvlərindən olan Daniel bu mövsüm La Liqada 8 oyun keçirib və 1 qol vurub.