Bir neçə gün əvvəl Vinisius Juniorla yenidən anlaşan “Real” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Rodriqo Qoes də komandada daha bir neçə il oynayacaq.
“Football-plus.az” xəbər verir ki, İspaniya klubunun saytının məlumatına görə, yeni sözləşmənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. Futbolçunun yeni müqaviləsində göstərilən təzminatın məbləği isə 1 milyard avrodu. Rodriqo “Real”da 2019-cu ildən oynayır. Onun Madrid klubu ilə əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi. Braziliyalı hücumçu bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.