Can Pyero Qasperini A seriyasının 24-cü turunun “Milan”la oyununda ikiqat məyusluq yaşayıb.
"Football-plus.az" xəbər verir ki, o, “Atalanta”nın 0:2 hesabı ilə uduzduğu matçdan sonra təhqirə məruz qalıb.
Berqamoluların çalışdırıcısı yola yenicə düşərkən rəqib komandanın bir qrup tərəfdarının təhqiramiz söz və ifadələri ilə qarşılaşıb. Tifozi onu yolda hərəkət edən digər avtomobilin qapısının açıq olan pəncərəsindən təhqir edib. Buna dözə bilməyən 65 yaşlı Qasperini fanatların cavabını onlara buterbrod atmaqla verib. “Milan”ın azarkeşləri də borclu qalmayaraq buterbrodu geri tullayıblar.
Məşqçi avtomobilinin pəncərəsini bağladığından qarşı tərəfin cəhdi boşa çıxıb.