Millimiz mübarizəni dayandırdı - DÇ

10.10.2024 04:28 240
Ölkə futbolu
Çimərlik futbolu millimiz İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.

"Football-plus.az" xəbər verir ki, 1/8 finalda Portuqaliya ilə qarşılaşan Sahib Məmmədovun baş məşqçisi olduğu komanda 5:13 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.