Millimiz Avropa Oyunlarında mübarizəni dayandırdı

30.06.2023 13:16 256
İdman
Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa kişilər və sablya qadınlarda komanda yarışlarına start verilib.

"Football-plus.az" xəbər verir ki, Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət şpaqa üzrə kişilərdən ibarət millimiz ən güclü 1/8 final görüşünə çıxıblar.

Estoniya yığması ilə qarşılaşmada 41:43 hesabı ilə məğlub olan millimiz mübarizəni dayandırıb.