Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

14.07.2024 00:10 296
İdman
16 yaşadək oğlanlardan ibarət basketbol millimiz Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.

"Football-plus.az" xəbər verir ki, Kosovo ilə qarşılaşan yığmamız 41:76 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Tahir Baxşıyevin komandası qrup mərhələsində Albaniyaya 56:60 hesabı ilə uduzub, sonrakı ikinci görüşdə isə Moldova (78:55) və Maltanı (56:50) üstələyib.