• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” yenə qalib gələ bilmədi - İCMAL

Dünya futbolu

10-10-2024, 00:0

Tur cümə günü “Auqsburq”un Münhenqladbax “Borussiya”sını evə əliboş yola salması ilə start götürdü.

Dortmund “Borussiya”sının üzvü Niko Şlotterbekin “Auqsburq”da oynayan qardaşı Kevin ötən mövsümün əvvəlindən bəri bundesliqada artıq 7 qol vurub və bu müddət ərzində turnirin ən məhsuldar müdafiəçisidi.

Tur bir sıra sürprizlərlə əlamətdar oldu. Əsas sürpriz, heç şübhəsiz, Leverkuzendə qeydə alındı. Tura sonuncu pillədə daxil olan “Holştayn” “Bayer-04”dən ilk 8 dəqiqədə iki top buraxarkən hər kəs meydan sahiblərinin asan qələbə qazanacağını düşünürdü. Amma debütant özündə güc taparaq kiçik bir möcüzə reallaşdırdı və hər iki qolun əvəzini çıxdı! Son çempion mövsümün əvvəlini qeyri-sabit keçirməkdə və önəmli xalları sağa-sola paylamaqda davam edir. Daha bir gözlənilməz nəticə Berlində qeydə alındı. Ötən həftəiçi ÇL-də “Seltik”ə 7 qol vuran “Borussiya” bu dəfə “Union”a boyun əydi. Nuri Şahinin komandası da eynilə “Bayer-04” hələ ki qeyri-sabit təsir bağışlayır. Ötən tur səfərdə “Frayburq”u 3 cavabsız qolla məğlub etməklə diqqət mərkəzinə düşən debütant “Sankt Pauli” bu dəfə eyni hesabla evdə “Maynts-05”ə boyun əydi. “Frayburq” isə Bremen səfərindən minimal qələbə ilə döndü. Hesabat turu iddialılardan yalnız “Leyptsiq” üçün uğurlu alındı.

“Öküzlər” çətinliklə də olsa, səfərdə “Haydenhaym”ın müqavimətini qıra bildilər. Ötən həftəiçi ÇL-də evdə “Yuventus”dan 3 top buraxan Marko Rozenin komandası bundesliqada ardıcıl 4-cü qarşılaşmada qapını toxunuımaz saxladı. “Leyptsiq” bu qələbə ilə birgünlüyə liderliyi ələ keçirdi.
Turun əsas oyunu Frankfurtda keçirildi. Liderlərin duelində “Bavariya” “Ayntraxt”ın qonağı oldu. Bu komandaların şəxsi oyundan öncə ilk iki pillədə qərarlaşmasına sonuncu dəfə 1993/94 mövsümündə təsadüf olunmuşdu.

Proqnozlaşdırıldığı kimi, oyun baxımlı və məhsuldar alındı. İlk yarıda komandalar hərəyə bir dəfə hesabda önə keçdilər və fasiləyə 2:2-lıik bərabərliklə yollandılar. Maraqlıdı ki, qonaqların hər iki qolunu mərkəz müdafiəçiləri vurdu. İkinci hissəyə böyük üstünlüklə başlayan Münhen nəhəngi dərhal 3-cü qolu vurdu. Amma “Ayntraxt” bu mövsümdəki yüksəlişinin təsadüf olmadığını göstərdi və əzmkarlıq nümayiş etdirərək son anlarda məğlubiyyətdən qurtuldu. Qəribədi ki, Marmuşun vurduğu bərabərlik qolundan öncə top iki dəfə “Ayntraxt”lı oyunçuların əlinə dəysə də, hakim qolu qeydə aldı. Beləliklə, “rekordmayster” ardıcıl 3-cü rəsmi oyunda qələbəyə həsrət qaldı və vahid lider statusunu itirdi. ÇL-in digər iştirakçısı “Ştutqart” da fanatlarını sevindirə bilmədi. Şvabiyalılar “”Hoffenhaym”la ev oyununda 1 xala şükür etdilər.

6-cı tur
Ayntraxt F – Bavariya 3:3

Marmuş, 22; 90+4. Ekitike, 35 – Kim Min Çje, 15. Upamekano, 38. Olise, 53. (58000)
Ayntraxt: Santos, Kristensen, Tuta, Kox, Teate, Larsson (Götse, 75), Skiri (Mahmud Dahud, 46), Knauff (Bahoya, 75), Çaibi (Can Uzun, 80), Ekitike (Ebimbe, 66), Marmuş.
Bavariya: Noyer, Gerreyro, Kim Min Çje, Upamekano (Dayer, 90), Devis, Kimmix, Pavloviç (Palyinya, 90+1), Olise (Laymer, 90), Müller, Qnabri (Koman, 66), Keyn (Tel, 72).

Union – Borussiya D 2:1
Foqt, 26-p. Vertessen, 45 – Ryuyerson, 62. (22012)
Borussiya: Kobel, Kouto, Anton, N.Şlotterbek, Ryuyerson (Bensebayni, 86), Əmrə Can (Zabitser, 76), Qross (Nmeça, 63), Bayer, Brandt, Gittens (Malen, 63), Girassi.

Bayеr-04 – Holştayn 2:2
Bonifeys, 4. Hofmann, 8 – Qeşvill, 45+5. Arp, 69-p. (30210)
Bayer-04: Qradetski, Frimponq (Adli, 79), Ta, Andrix (İnkapye), Tapsoba, Qrimaldo, Palasios (Qarsiya, 70), Caka, Hofmann (Terrye, 60), Virts, Bonifeys (Şik, 70).

Haydenhaym – Lеyptsiq 0:1
Openda, 59. (15000)
Leyptsiq: Qulaçi, Klostermann, Orban, Lukeba, Raum (Qeertruyda, 69), Vermeeren (Zayvald, 69), Aydara (Henrixs, 83), Nusa, Simons (Baumqartner, 76), Şeşko (Poulsen, 76), Openda.

Ştutqart – Hoffеnhaym 1:1
Demiroviç, 90+9 – Jandre, 44. (58000)
Ştutqart: Nübel, Levelinq (Voltemade, 73), Çeys, Şabo, Ruo (Vaqnoman, 46), Mittelştadt, Karazor (Fürix, 46), Ştiller, Miyo (Rider, 73), Ture (Demiroviç, 62), Dəniz Undav.
Hoffenhaym: Baumann, Jandre, Akpoquma, Stax, Dreksler (Çaves, 15), Prass, Qrillitş, Bişof (Umut Tohumcu, 62), Bülter (Yurasek, 73), Hlojek (Moerştedt, 62), Kramariç (Tabakoviç, 73).

Verder – Frayburq 0:1
Doan, 75. (41200)

Auqsburq – Borussiya M 2:1
K.Şlotterbek, 38. Klod-Moris, 65 – Klayndinst, 72. (30660)

Bohum – Volfsburq 1:3
Boadu, 72 – Tomaş, 21. Vind, 37; 88. (24630)

Sankt Pauli – Maynts-05 0:3
Burkardt, 5; 62. Zib, 16. (29546)

1. Bavariya 6 4 2 0 20-4 14
2. Leyptsiq 6 4 2 0 9-2 14
3. Ayntraxt F 6 4 1 1 14-9 13
4. Frayburq 6 4 0 2 9-7 12
5. Bayer-04 6 3 2 1 16-12 11
6. Union 6 3 2 1 6-4 11
7. Borussiya D 6 3 1 2 12-11 10
8. Ştutqart 6 2 3 1 15-11 9
9. Haydenhaym 6 3 0 3 10-8 9
10. Maynts-05 6 2 2 2 11-10 8
11. Verder 6 2 2 2 8-12 8
12. Volfsburq 6 2 1 3 13-12 7
13. Auqsburq 6 2 1 3 9-15 7
14. Borussiya M 6 2 0 4 7-10 6
15. Sankt Pauli 6 1 1 4 4-9 4
16. Hoffenhaym 6 1 1 4 10-16 4
17. Holştayn 6 0 2 4 9-19 2
18. Bohum 6 0 1 5 6-14 1


Bombardirlər: Marmuş (Ayntraxt F) – 8, Keyn (Bavariya), Burkardt (Maynts-05), Demiroviç (Ştutqart) – 5.

Növbəti turun oyunları oktyabrın 18-20-si aralığında keçiriləcək: Bayеr-04 – Ayntraxt F, Bavariya – Ştutqart, Borussiya M – Haydenhaym, Frayburq – Auqsburq, Hoffеnhaym – Bohum, Borussiya D – Sankt Pauli, Holştayn – Union, Maynts-05 – Lеyptsiq, Volfsburq – Verder.

Turun rəqəmi
275 – “Union”un “Borussiya”nı məğlub etdiyi oyunda penaltidən fərqlənən Foqt çox qəribə və tarixi bir seriyaya son qoydu. O, bundesliqada 275 oyundan sonra ilk dəfə qol sevinci yaşadı! Maraqlıdı ki, 33 yaşlı futbolçu turnirdə son qolunu 2014-cü il oktyabrın 18-də “Köln”ün heyətində yenə də “Borussiya” ilə oyunda vurmuşdu. Foqt bununla da antirekorda son qoydu. Buna qədər bundesliqa tarixində sahə oyunçuları arasında ardıcıl 275 oyunda fərqlənə bilməyən futbolçu olmamışdı.

Turun ulduzu
Omar Marmuş (Ayntraxt F) – misirli forvard mövsümün əvvəlində sanki qanad açıb uçur. Ardıcıl 2-ci dəfə onu turun ulduzu seçirik. Avqustun 31-dən başlayaraq Marmuş komandasının heyətində keçirdiyi 7 rəsmi oyunda artıq 9 qol vurub. “Bavariya” ilə oyunda dubl etməklə qollarının sayını 8-ə çatdıran və bombardirlər yarışındakı liderliyini möhkəmləndirən 25 yaşlı futbolçunun hesabında həm də 4 məhsuldar ötürmə var. Yəni o, 6 turdan sonra 12 qolun vurulmasında yaxından iştirak edib. XXI əsrdə yalnız Levandovski 2020/21 mövsümündə ilk 6 turda bundan daha çox (13) qolun vurulmasında yaxından iştirak edib.

Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Bu nəticəni faciəyə çevirmək lazım deyil. Soyuqqanlı olmalıyıq. Komanda bu gün əla oynadı və çoxlu qol vəziyyəti yaratdı. Qələbəyə layiq olan tərəf biz idik. Belə oynamaqda davam etsək, istədiyimiz nəticələri mütləq əldə edəcəyik. Sadəcə, həvəsdən düşməməli və gördüyümüz işin düzgünlüyünə inanmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

7-09-2024, 16:0

“Bayer-04”ü Almaniyada məğlub edən tapıldı - TURUN ŞƏRHİ

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

31-01-2024, 19:0

“Auqsburq” bu dəfə “Bavariya”ya bata bilmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

24-09-2024, 16:0

“Bavariya” 5 qol vurdu, “Borussiya” 5 qol buraxdı - İCMAL

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 22:09
    La Liqada gözlənilən istefa
  • Bu gün, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 245
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 151
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə