• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Auqsburq” bu dəfə “Bavariya”ya bata bilmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

31-01-2024, 19:0

Tur cümə günü “Ayntraxt”ın “Maynts-05” üzərində minimal hesablı qələbəsi ilə start götürdü. Frankfurtlular son 4 turda 12 mümkün xaldan 10-nu qazanıb.

"Football-plus.az" xəbər verir ki, şənbə günü keçirilən qarşılaşmalarda maraqlı nəticələr qeydə alındı. “Bavariya” “Auqsburq”la səfər derbisində böyük çətinliklə də olsa, hesabına 3 xal yazdı. “VVK Arena”dakı oyunlar adəti üzrə Münhen nəhəngi üçün çətin alınır. Təsadüfi deyil ki, son iki mövsümdə “Auqsburq” fanatları önündə güclü rəqibə xal verməmişdi. Meydan sahibləri bu matçda da ən azı uduzmaya bilərdilər. Amma Noyer öz səhvini düzəldərək penaltini dəf etməyi bacardı. Həmin an “rekordmayster” 3:1 öndə idi. Meydan sahiblərinin gücü yalnız son saniyələrdə fərqi minimuma endirməyə yetdi. “Verder”in sürpriz yüksəlişi davam edir. Ötən tur səfərdə “Bavariya”nı məğlub edən “musiqiçilər” bu dəfə avrokubokların daha bir iştirakçısı “Frayburq”u evə əliboş yola saldılar. “Verder” bundesliqada son məğlubiyyətini 13-cü turda “Ştutqart” səfərində yaşayıb. “Ştutqart”dan söz düşmüşkən, bu komanda turun ən parılaq qələbəsini qazandı. Həm şvabiyalılar, həm də “Leyptsiq” son 2 turu xalsız başa vurmuşdu. Amma “Ştutqart” fanatları önündə 5 qollu qələbə qazandısa, “öküzlər” növbəti məğlubiyyətlə barışmalı oldular. Kürdəsilli olduğu üçün Türkiyə yığmasında oynamaqdan imtina edən Dəniz Undav, nəhayət, Girassinin yoxluğunda liderliyi üzərinə götürərək 3 qol vurdu. 27 yaşlı hücumçu bu mövsüm bundesliqada vurduğu qolların sayını 12-yə çatdırdı. Girassinin də hesabında 17 qol olduğunu nəzərə alsaq, “Ştutqart” hazırda “böyük beşlik”də iki fərqli futbolçusu ikirəqəmli həddə çatan cəmi ikinci klubdu. Digər kollektiv isə “Atletiko”du (Morata 13, Qrizmann 11). Mövsümün əsas kəşfi “Bayer-04” qış fasiləsindən bəri müəyyən çətinliklər yaşayır. Xabi Alonsonun kollektivi əvvəlki iki turda qələbə qollarını yalnız 90-cı dəqiqədən sonra vurmuşdusa, bu dəfə Münhenqladbax “Borussiya”sının müqavimətini qırmaq mümkün olmadı. Baxmayaraq ki, leverkuzenlilər çox böyük üstünlüyə malik idi. Komanda hətta rəqibin cərimə meydançasında 69 dəfə topla oynamaqla 2004-cü ildən bəri turnirin ən yüksək göstəricisinə nail oldu. Amma “aspirinlər”in 4 oyunlıuq qələbə seriyası qırıldığı üçün zirvədə xal fərqi 2-yə endi!

Bazar günü meydan sahibləri üçün uğurlu alındı. 2024-cü ildə ilk dəfə qol vuran “Union” “Darmştadt”ı evə əliboş yola saldı. Qış fasiləsindən bəri əla oyun nümayiş etdirən Dortmund “Borussiya”nın budəfəki qurbanı isə “Bohum” oldu. Ardıcıl 3-cü qələbəni bayram edən “arılar” hələ ki bu təqvim ilində xal itirməyən yeganə komandadı. Bu qələbə ilə Edin Terziçin kollektivi həm də “Leyptsiq”i geridə qoyaraq 12-ci turdan bəri ilk dəfə “ÇL zonası”na daxil oldu!

19-cu tur
Auqsburq – Bavariya 2:3
Demiroviç, 52; 90+4-p. – Pavloviç, 23. Devis, 45+5. Keyn, 61. (30660)
Bavariya: Noyer, Gerreyro, Dayer, De Liqt, Devis, Pavloviç (Zvonarek, 90+7), Qoretska, Koman (Tel, 26), Musiala (Müller, 89), Sane (Çupo-Motinq, 89), Keyn.
Borussiya D – Bohum 3:1
Füllkruq, 7-p.; 72; 90+1 – Şlotterbek, 45-öz qapısına. (81365)
Borussiya: Mayer, Menye, Zyule, Şlotterbek, Maatsen, Zabitser, Salih Özcan, Sanço (Hummels, 83), Malen (Bayno-Gittens, 66), Mukoko (Reyna, 68), Füllkruq.
Bayer-04 – Borussiya M 0:0
(30000)
Bayer-04: Kovarj, Frimponq, Stanişiç, Andrix, İnkapye, Qrimaldo, Caka, Əmiri (Tella, 68), Hofmann (Hlojek, 84), Virts, Şik.
Ştutqart – Leyptsiq 5:2
Miyo, 25-p. Dəniz Undav, 30; 56; 75. Levelinq, 48 – Şeşko, 32. Openda, 55. (52100)
Leyptsiq: Blasvix, Simakan (Orban, 85), Klostermann, Lukeba, Raum, Baumqartner (Henrixs, 67), Şlager (Elmas, 77), Zayvald (Kampl, 67), Olmo (Poulsen, 77), Şeşko, Openda.
Verder – Frayburq 3:1
Dukş, 9-p. Njinma, 53. Malatini, 90+3 – Qrifo, 28-p. (41500)
Frayburq: Atubolu, Kübler (Salai, 71), Sildilliya, Ginter, Makenqo (Höfler, 71), Eqqeştayn, Röl (Filipp, 80), Vaysshaupt, Höler, Qrifo (Musliya, 86), Qreqoritş.
Ayntraxt F – Maynts-05 1:0
Götse, 72. (58000)
Ayntraxt: Trapp, Dina Ebimbe (Skiri, 77), Tuta, Kox, Paço, Nkunku (Maks, 90+3), Larsson, Götse (Rode, 81), Knauff (Buta, 90+2), Van De Beek (Çaibi, 46), Kalaydziç.
Volfsburq – Köln 1:1
Paredes, 40 – Alidu, 38. (24525)
Union – Darmştadt 1:0
Hollerbax, 62. (21786)
Hoffenhaym – Haydenhaym 1:1
Kramariç, 45+7 – Ərən Dinkçi, 29. (20120)
1. Bayer-04 19 15 4 0 50-14 49
2. Bavariya 19 15 2 2 56-18 47
3. Ştutqart 19 12 1 6 43-25 37
4. Borussiya D 19 10 6 3 40-26 36
5. Leyptsiq 19 10 3 6 42-26 33
6. Ayntraxt F 19 8 7 4 30-22 31
7. Frayburq 19 8 4 7 25-31 28
8. Hoffenhaym 19 7 4 8 35-37 25
9. Verder 19 6 5 8 28-32 23
10. Haydenhaym 19 6 5 8 28-35 23
11. Volfsburq 19 6 4 9 23-30 22
12. Borussiya M 19 5 6 8 35-38 21
13. Auqsburq 19 5 6 8 28-36 21
14. Bohum 19 4 8 7 21-37 20
15. Union 18 5 2 11 18-32 17
16. Köln 19 2 6 11 12-34 12
17. Maynts-05 18 1 8 9 14-30 11
18. Darmştadt 19 2 5 12 22-47 11
Bombardirlər: Keyn (Bavariya) – 23, Girassi (Ştutqart) – 17, Openda (Leyptsiq) – 13, Dəniz Undav (Ştutqart) – 12.
Növbəti turun oyunları fevralın 2-4-ü aralığında keçiriləcək: Haydenhaym – Borussiya D, Bohum – Auqsburq, Darmştadt - Bayer-04, Maynts-05 – Verder, Volfsburq – Hoffenhaym, Frayburq – Ştutqart, Bavariya - Borussiya M, Köln – Ayntraxt F, Leyptsiq – Union.

Turun rəqəmi
23 – Keyn qolları sıralamaqda davam edir. İngiltərə yığmasının kapitanı 240 dəqiqəlik susqunluğa son qoymaqla 19-cu turu 23 qolla tamamlamış oldu. Düzdü, Levandovski 2020/21-də 19 tura 24 dəfə fərqlənmişdi. Amma Keyn başqa diqqətçəkən göstəricilərə nail olub. O, Holannın rekordunu yeniləyərək turnirin tarixində 23 qol həddinə ən tez çatan futbolçu oldu. Norveçli bu qədər qolu 22 tura sığışdırmışdı. Bundan başqa, “Bavariya”nın tarixinə nəzər salsaq, görərik ki, ilk mövsümdə bundesliqada Keyndən daha çox qol vurmağı bacaran yalnız bir futbolçu var. İtaliyalı Luka Toni 2007/08-də 24 dəfə fərqlənmişdi. Amma qarşıda hələ 15 turun olduğunu nəzərə alsaq, Keynin bu rekordu yeniləyəcəyi şübhə doğurmur.

Turun ulduzu
Niklas Füllkruq (Borussiya D) – bu tur birdən-birə iki futbolçu het-trik etməyi bacardı. Böyük hesabla qalib gələn “Ştutqart”da Dəniz Undavdan da başqa qol vuranlar tapıldı. Dortumd təmsilçisi isə qələbəni yalnız Füllkruqun qolları ilə qazandı. Ötən mövsümün bombardiri yenə iş başındadı. Düzdü, bu təcrübəli forvardın məhsuldarlığı, məsələn, Keyn kimi göz oxşamır. 30 yaşlı futbolçunun hesabında bu mövsüm yalnız 9 qol var. Füllkruq bundesliqada 3-cü fərqli klubun heyətində het-trik etməyi bacardı. Daha öncə o, bu uğuru “Hannover-96” ilə “Verder”in heyətində yaşamışdı. Füllkruq XXI əsrdə Miroslav Kloze və Mario Qomesdən sonra bundesliqada 3 fərqli klubun heyətində het-trik edən 3-cü futbolçudu.

Turun sitatı
Manuel Noyer, “Bavariya”nın kapitanı: “Klopp “Bavariya”nı çalışdırmağa potensial namizədlərdən biridi. Hər şey onun özündən asılıdı. Düşünmürəm ki, “Bavariya”da kimsə ona qarşı olsun. Klopp güclü, tanınmış və təcrübəli mütəxəssisdi. Bir çoxlarının hörmətini qazanmağı bacarıb. Fikrimcə, o, “Liverpul”dan ayrılandan sonra bir müddət fasilə götürəcək. Sonra isə özü qərar verəcək. Klopp ya “Bavariya”nı, ya da Almaniya yığmasını rahatlıqla çalışdıra bilər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

18-09-2022, 12:0

''Fənərbaxça''ya lazım olmayan Berişa ''Bavariya''nın ''evini yıxdı''

Dünya futbolu

6-12-2023, 22:0

“Bayer-04”ü dayandıran tapıldı

Dünya futbolu

8-11-2023, 10:0

“Borussiya” bu dəfə evdəki “Der Klassiker”də rüsvay oldu - TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 20:0

Dortmund “Borussiya”sı həm büdrədi, həm də rekord müəyyənləşdirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

24-12-2023, 10:0

“Bayer-04” Almaniya futbolunda yeni rekord müəyyənləşdirdi

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 00:16
    “Bəzi mövqelərə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik” – Zaur Həşimov
  • Dünən, 23:55
    “Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:32
    "Kaş, Səbuhi belə etməzdi" - Filipe Kandido
  • Dünən, 23:12
    "Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Dünən, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Dünən, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Dünən, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Dünən, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Dünən, 19:56
    Londondan Madridə yollandı
  • Dünən, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Dünən, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Dünən, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Dünən, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 17:25
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Dünən, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Dünən, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Dünən, 15:31
    Niderlanda yollanacaq
  • Dünən, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Dünən, 14:29
    Milandan Turinə yollana bilər
  • Dünən, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Dünən, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 12:56
    MS-ni tərk edə bilər
  • Dünən, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Dünən, 11:54
    Romadan Milana üz tuta bilər
  • Dünən, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Dünən, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Dünən, 10:31
    London klubunda yeni futbolçu
  • Dünən, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Dünən, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • 15-08-2026, 23:0
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • 15-08-2026, 23:0
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • 15-08-2026, 23:0
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
Daha çox
Oxunub: 338
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 134
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 124
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə