Millimizdən böyükhesablı qələbə - 16:0!

9.10.2024 10:31 289
Ölkə futbolu
Minifutbol üzrə U-23 millimiz dünya çempionatında ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirdə iştirak edir. Millimiz Hindistan yığması ilə qarşılaşıb. Matç komandamızın 16:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya 1:26 hesabı ilə məğlub olub. Komandamız bu gün Çexiya ilə üz-üzə gələcək.