Minifutbol millimiz 1/4 finalda!

1.11.2023 21:10 232
Ölkə futbolu
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final oyunları keçirilib.

“Football-plus.az" xəbər verir ki, turnirdə yoluna davam edən Azərbaycan millisi bu mərhələdə Portuqaliya ilə qarşılaşıb. Yığmamız Mirmehdi Rzayev, Elvin Əlizadə və Rəvan Kərimovun qolları ilə rəqibini 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yığmamız qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.