Millimiz DÇ-də keçirdiyi ilk oyunda uduzdu - 1:5!

7.10.2024 17:11 306
Ölkə futbolu
23 yaşadək minifutbolçular arasında dünya çempionatına start verilib.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan millimiz Xorvatiyada təşkil olunan yarışda ilk matçına çıxıb.

Rəcəb Fərəczadənin komandası ilk turda Serbiya ilə qarşılaşıb. Oyun rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mundiala məğlubiyyətlə başlayan komandamız 2-ci turun görüşündə sabah Hindistanla üz-üzə gələcək.

Qeyd edək ki, B qrupunda Azərbaycan, Serbiya, Çexiya və Hindistan milliləri yer alıb.