Millimiz ikinci matçını keçirəcək - DÇ

8.10.2024 10:00 292
Ölkə futbolu
Minifutbol üzrə U-23 millimiz Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün ikinci matçını keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığma Hindistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı vaxtı ilə 18.45-də başlayacaq.

Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya müqavimət göstərə bilməyib - 1:26.

Qeyd edək ki, yığmamız sabah Çexiya ilə üz-üzə gələcək.