Millimiz Maltaya uduzdu

2.07.2022 23:45 338
İdman
Basketbol üzrə kiçik ölkələrin Avropa çempionatında çıxış edən millimiz yarımfinalda Malta ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Aleksandr Trifunoviçun rəhbərlik etdiyi kollektiv yenə də ev sahibinə uduzub.

Millimiz Maltaya 52:59 hesabı ilə uduzub. Bununla da yığmamız finala adlaya bilməyib.

Xatırladaq ki, Azərbaycan millisi qrupda da Maltaya (71:73) məğlub olmuşdu.