Dortmundda ciddi itki

9.10.2024 10:52 277
Dünya futbolu
Dortmund “Borussiya”sının oyunçusu Karim Adeyemi sıradan çıxıb.

Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 22 yaşlı vinger Çempionlar Liqasının “Seltik”lə matçında (7:1) zədələnib və ikinci hissənin əvvəlində əvəzlənib.

Gənc futbolçuda qasıq zədəsi aşkarlanıb. Onun bir aydan çox müddət ərzində yaşıl meydanda görünməyəcəyi bildirilir.

Xatırladaq ki, Karim ÇL matçında 3 qol vurub.