“Borussiya”nın hücumçusu Sebastyen Alle zədələnib.
Dortmund klubunun mətbuat xidmətinin məlumatına görə, o, Kot d’İvuar yığmasının Afrika Millətlər Kubokunun Nigeriya ilə final matçında (2:1) sıradan çıxıb. 29 yaşlı hücumçu topuğundan zədə alıb. Bu səbəbdən bir neçə həftə yaşıl meydanlarda görünməyəcək.
Sebastyen bu mövsüm “Borussiya”nın heyətində 14 matçda meydana çıxıb və 2 qol vurub.