Misli premyer-liqasının 3-cü turunun “Sabah” – “Neftçi” oyununda (2:1) azarkeş rekordu qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, “Bank Respublika Arena”da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib ki, bu da, “Sabah”ın premyer -liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidi. Əvvəlki rekord 2018/19-cu il mövsümündə keçirilmiş “Sabah” – “Qarabağ” matçında qeydə alınmışdı (4500 tamaşaçı).
“Sabah” – “Neftçi” görüşündə Azərbaycan premyer-liqasının cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb. İlk turda keçirilmiş “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləmişdi.