Mövsümün yeni rekordu

5.02.2024 11:23 222
Premyer-liqa
Misli premyer-liqasının 21-ci turunda keçirilmiş "Sumqayıt" - "Neftçi" matçını 8100 azarkeş tribunadan izləyib.

"Football-plus.az" xəbər verir ki, 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün rekordudur.

Bunadək rekord 10-cu turun “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu, arenada yenidənqurmadan sonra ilk qarşılaşma olub.