“Açığı, heç bir zədəm, narahatlığım yoxdu” – Cəlal niyə oynamadı?

7.10.2024 15:15 458
Aktual / Ölkə futbolu
Fernando Santuşun qarşıdakı iki oyun üçün açıqladığı heyətdə Cəlal Hüseynov da var.

Onun şərəfini qoruduğu “Arda” Bolqarıstan çempionatının son turunda evdə “Beroe” ilə qarşılaşıb – 1:1. Təəssüf doğuran məqam həmvətənimizin oyunu ehtiyat oyunçular skamyasından izləməsidi. Görəsən, problem nə ilə bağlıdı?

Bununla bağlı bilgi almaq üçün Cəlalla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Açığı, heç bir zədəm, narahatlığım yoxdu. Məşqçinin qərarı idi. Ona görə də oynamadım”.

RÖYANƏ OĞUZ