“Fasilədə çölə çıxan azarkeşlər içəri buraxılmayıb” – “Qarabağ”ın oyununda?

6.10.2024 19:54 350
Aktual / Ölkə futbolu
Avropa Liqasının liqa mərhələsinin 2-ci turunda “Qarabağ” “Malmö”yə 1:2 hesabıyla məğlub olaraq azarkeşlərini bir daha üzüb.

“Köhlən atlar” sosial şəbəkə hesabında 24 min bilet satıldığını paylaşsa da, stadionu o qədər azarkeş gəlməmişdi.

Niyə “Malmö” ilə oyunda tribunalar boş qaldı. Bu sualı “İmarət Tayfa” azarkeş qrupunun rəhbəri Elnur Quliyevə ünvanladıq:

“Çoxlu səbəb var. Restoranlara gedirsən, içi adamla dolu olur. Müxtəlif konsertlərə insanlar 50-100 manat biletə pul verib, gedib baxır. Azərbaycanda futbola maraq gündən-günə azalır. Çünki ölkə çempionatında rəqabət yoxdu. Bu rəqabətin özü belə futbola maraq artırır. Yığmamızın oyununda heç o qədər azarkeş gəlmir. Son zamanlar oyuna girib-çıxmaq çətin olur. Azarkeş olan üçün o problem deyil. Amma bir dəfə gələn növbəti dəfə gəlmək istəməyəcək. Halbuki sən dostuna futbolu sevdirməyə çalışırsan. O da gəlir vəziyyəti görür və deyir ki, nəyimə lazımdı bu qədər dolanmaq? Başqa bir problemi sosial şəbəkədə oxudum. Fasilədə çölə çıxan azarkeşlər içəri buraxılmayıb”.


ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul