“4:1 hesabı ilə qalib gəlmişiksə, oyunun çətin keçdiyini demək olmaz” – Con Van dem Brom

27.08.2026 23:57 5
Avrokuboklar / Manşet
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Tvente”yə məğlub olub – 1:4.

Matçdan sonra Niderland təmsilçisinin baş məşqçisi Con Van den Brom mətbuat konfransı keçirib.

- İkinci hissədə etdiyiniz dəyişiklər nəticəsini verdi. Bugünkü çıxışdan razısız?
- Həm ötən matça, həm də bu matça yaxşı hazırlaşmışdıq. Ötən matçda məğlub olsaq da kifayət qədər imkanımız olmuşdu. Şanssızlıq baş vermişdi. Bu matça kifayət qədər hazırlıq görmüşük. Həftəsonu istirahət etmədik. Məhz ilk matçda çətin rəqib olduğunu görüb daha yaxşı hazırlaşdıq.

- Oyun sizin üçün ağır keçdi, yoxsa rahat qələbə qazandız?
- Fikrimcə, 4:1 hesabı ilə qalib gəlmişiksə, oyunun çətin olduğunu demək olmaz. 1:0 geri düşdüyümüz zaman çətinlik çəkdik. Bunun da qarşısını dəyişikliklə ala bildik.

- İlk hissədə oyun 25 nömrəli futbolçu üzərində qurulmuşdu. Bu, sizin oyununuza mənfi təsir etdiyi üçün dəyişdiz?
- Onun oynamağı heç də səhv deyildi. “Qarabağ”ın heyətində Mateuş Silva yaxşı çıxış etdiyinə görə dəyişiklik etdik. Ehtiyat skamyada yaxşı futbolçularımız vardı. Onlara şans verdik. Bu futbolçumuzun zəif olmasını bildirmir.

- Son dəqiqəyə qədər mübarizə aparmağı motivasiya yoxsa taktiki hazırlıqla əlaqələndirirsiz?
- Təbii ki, motivasiyanın da bir qədər təsiri olmuşdu. Dəyişikliklər nəticəsində hesabda önə keçdik. Bu sayədə daha böyük motivasiya ilə qələbə qazandıq. Hər birinizə azarkeşlərə, futbolçulara, jurnalistlərə bu qonaqpərvərliyə görə təşəkkür edirəm.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul