“Sumqayıt”ın Yay Futbol Düşərgəsinə start verildi

27.08.2026 22:37 1
Ölkə futbolu
“Sumqayıt”ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, klubun təşkil etdiyi layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.

Avqustun 27-də başlayan düşərgə 9 gün davam edəcək və 3 qrup üzrə təşkil olunacaq. Layihədə Sumqayıt şəhərində yerləşən məktəb və liseylərin 100-ə yaxın oğlan və qız şagirdi iştirak edəcək.

“Yay Futbol Düşərgəsi” layihəsi 2014-cü ildən təşkil edilir. Bu müddət ərzində 1200-dən çox məktəbli layihənin iştirakçısı olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul