"Sabah"ın rəqibləri müəyyənləşdi - ÇL

27.08.2026 21:15 41
Avrokuboklar
Bu gün Çempionlar Liqasında 2026/27 mövsümünün liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20.00-da başlayıb.

Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Ölkə çempionu “Sabah” 4-cü səbətdə yer alıb. "Bayquşlar" 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. Püşkün nəticəsinə əsasən “Sabah”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olacaq:

1-ci səbətdən
“Barselona”, İspaniya (Bakıda)
“Arsenal”, İngiltərə (səfərdə)

2-ci səbətdən
“Borussiya” Dortmund, Almaniya (Bakıda)
“Mançester Yunayted”, İngiltərə (səfərdə)

3-cü səbətdən
“Vilyarreal”, İspaniya (səfərdə)
“Napoli”, İtaliya (Bakıda)

4-cü səbətdən
“Slaviya” Praqa, Çexiya (Bakıda)
“Vikinq”, Norveç (səfərdə)

Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.

Çempionlar Liqasının liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.