"Qarabağ"dan iki yeni transfer

27.08.2026 22:27 6
Ölkə futbolu
“Qarabağ” iki yeni transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi nigeriyalı hücumçu Taofik İsmahil və almaniyalı vinger Reda Xadranı heyətinə qatıb.

Taofik İsmahil Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 19 nömrəli formanı geyinəcək.

Nigeriyalı hücumçu karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” klublarında da çıxış edib. O, 2024-cü ildən “Qurnik”in formasını geyirdi.

“Qarabağ”ın digər yeni transferi isə Reda Xadradı. Fransanın “Reyms” klubundan gələn 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə "2+1" illik müqavilə imzalanıb. Xadra komandada 10 nömrəli forma ilə çıxış edəcək.

Dortmund “Borussiya”sının yetirməsi olan futbolçu daha əvvəl “Brayton”, “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr”ın da formasını geyib. O, Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.

Qeyd edək ki, Reda Xadra və Taofik İsmahil “Qarabağ”ın yay transfer pəncərəsində müvafiq olaraq 9-cu və 10-cu transferləri olub. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulublar.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul