“Azarkeşlərin stadiona niyə gəlməməsiylə bağlı "Qarabağ"a sual ünvanlayın"  

27.10.2022 16:17 619
Premyer-liqa / Günün xəbəri
11-ci turun "Qarabağ" - "Turan Tovuz" qarşılaşmasında stadionda cəmi 650 azarkeş var idi.
 
Avrokubok oyunlarında stadionu tam dolduran azarkeşlər Ağdam təmsilçisinin ölkə çempionatındakı matçlarına niyə maraq göstərmir? Bu, biletlərin qiymətiylə bağlı ola bilər? "Football-plus.az" saytı olaraq bu sualları "İmarət tayfa" azarkeş qrupunu öncülərindən olan Rüfət Muradiyə ünvanladıq:
 
"Azarkeş qrupu olaraq belə qərara gəlmişik ki, istisna hallar xaric, heç bir media qurumuna və jurnalistə açıqlama verməyək. Hansısa istəyimiz, arzumuz, tənqidimiz, şikayətimiz varsa, onu sosial şəbəkələrdəki səhifə və qruplarımızda paylaşırıq. Odu ki, azarkeşlərin stadiona niyə gəlməməsiylə bağlı "Qarabağ"a sual ünvanlayın".

 
ABDULLA İSMAYILOĞLU