"Anatoli Konkov Roman Qriqorçuk kimi olmayıb" - Alı Alıyev keçmişi xatırladı

6.10.2024 23:55 701
Aktual / Ölkə futbolu
"İnter"in (hazırki "Şamaxı") sabiq vitse-pezidenti və baş məşqçisi Anatoli Konkovun vəfat etdiyini bilirsiz.

Mərhum 2004-06-cı illlərdə Bakı klubunda çalışıb. Komanda onun rəhbərliyi altında 2004/05 mövsümündə ölkə kubokunun finalçısı olub. Konkov SSRİ yığmasının heyətində AÇ-1972-də gümüş, Olimpiada-1976-da bürünc medal qazanıb. Kiyev "Dinamo"su ilə 4 dəfə SSRİ çempionu olub. 2012-15-ci illərdə isə Ukrayna Futbol Federasiyasına rəhbərlik edib.

Bilindiyi kimi, Konkovun "İnter"də çalışdığı dövrə klubun icraçı direktoru Alı Alıyev idi.

"Football-plus.az" Alı bəylə əlaqə saxlayıb, mərhum mütəxəssis haqda fikirlərini öyrənib:

"Konkov Azərbaycan futbolunda böyük məktəb yaradıb. O, "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk kimi olmayıb. Ölkəmizdə tam fərqli iz qoyub... Bu yaxınlarda ad günü idi. İsmaric yazıb təbrik etdim. Təəssüf ki, cavab vermədi. Ardınca zənglər etsəm də, açmadı. Düşünürdüm ki, yəqin başqa ölkədədi. Ukraynada vəfat edənlərə "Allah rəhmət eləsin" demirlər. Orda "Göylərin mələyi olasan" və "Yatdığın torpaq qu tükündən olsun" ifadəsini işlədirlər. Allah o dünyasını versin".

Qeyd edək ki, ukraynalı mütəxəssis 75 yaşında dünyasını dəyişib.

KƏNAN BAHADIR