Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

8.08.2022 15:57 391
Dünya futbolu
Ukrayna futbol tarixinin rəmzi komandası açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, İFFHS-in tərtib etdiyi rəmzi heyət 4-4-2 sistemi ilə qurulub.

Əsas 11-likdə Azərbaycanda işləmiş iki mütəxəssis yer alıb. “Neftçi”nin keçmiş baş məşqçisi Anatoli Demyanenko müdafiə, “İnter”in (indiki “Şamaxı”) keçmiş çalışdırıcı Anatoli Konkov yarımmüdafiə xəttində qərarlaşıb.

Qapıçı: Yevgeni Rudakov;

Müdafiəçilər: Vladimir Bessonov, Mixaylo Fomenko, Sergey Baltaça, Anatoli Demyanenko;

Yarımmüdafiəçilər: Anatoli Konkov, Leonid Buryak, Vladimir Muntyan, Aleksandr Zavarov

Hücumçular: Andrey Şevçenko, Oleq Bloxin.