Olimpiya çempionu vəfat edib

24.01.2024 12:58 174
İdman
SSRİ yığmasının heyətində 1972-ci ildə Yay Olimpiya Oyunlarının qalibi olmuş Anatoli Polivoda vəfat edib.

Ukrayna Basketbol Federasiyasının mətbuat xidməti bu xəbəri yayıb.

76 yaşında dünyasını dəyişən Polivoda 1967-ci ildə SSRİ millisi ilə dünya, 1967, 1969 və 1971-ci illərdə Avropa çempionu olub. 1972-ci ildə SSRİ yığmasının heyətində Olimpiadanın qalibi olmuş basketbolçulardan yalnız ikisi sağdı. Bunlar İvan Yedeşko ilə Modestas Paulauskasdı.