Krivotsyuk oynayıb, komandası uduzub

6.10.2024 15:32 296
Aktual / Dünya futbolu
Cənubi Koreya çempionatında mövsümün əsas hissəsi arxada qalıb.

“Football-plus.az” xəbər verir ki, Anton Krivotsyukun çıxış etdiyi "Decon" yarışı 11-ci pillədə başa vurub.

Yığmamızın müdafiəçisinin komandası 33-cü turda "Jeju" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Anton bu qarşılaşmada 90 dəqiqə meydanda olub. Hesabında 35 xal olan "Decon" sonuncu pillədə qərarlaşan "İnçon"u 3 xal qabaqlayır.

Qeyd edək ki, reqlamentə əsasən komandalar iki qrupda yarışacaqlar. 5 turdan ibarət mərhələdə ilk altılıq yüksək yerlər, ikinci altılıq isə liqada qalmaq uğrunda mübarizə aparacaq.