Daha doğrusu, uzun müddətdi yaşıl meydanlardan uzaq düşən kapitanın son durumundan sizi xəbərdar etmişdik. Klubun bizə verdiyi açıqlamada Mahmudovun məşqlərə qayıtsa da, təkrar ağrıları olduğu üçün maqnit-rezonans tomoqrafiyasından keçdiyi, cavab çıxandan sonra meydana geri dönüb-dönməyəcəyi ilə bağlı dəqiq qərar veriləcəyi bildirildi.
Məlum danışıqlardan bir həftə keçdiyini və “Səbail”lə oyunda Eminin iştirak şansı qazanıb-qazanmayacağını öyrənmək üçün “Neftçi”nin mətbuat xidmətindən Xəyalə Şahlarlı ilə əlaqə saxladıq:
“Emin də daxil olmaqla bütün zədəli oyunçularımız barədə “Səbail”lə oyuna bir gün qalmış məlumat veriləcək. Yəni zədəli oyunçularımızın durumu barədə oyun ərəfəsində məlumat verə bilərik”.
RÖYANƏ OĞUZ



