Emin Mahmudovun 40-cı qolu

8.04.2024 13:55 199
Ölkə futbolu
Emin Mahmudov ölkə çempionatlarında 40-cı qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, “Neftçi”nin kapitanı Misli premyer-liqasının 29-cu turunun “Sumqayıt”la ev matçında (1:1) fərqlənib.

Ölkə çempionatında yalnız “ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. O, 2017/18 mövsümündən “Neftçi”nin formasını geyinir.

Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudu.