“Sumqayıt” stadionun qazla bağlı borcunu şəhər İcra Hakimiyyətinin ödəməli olduğunu deyir, İcra Hakimiyyəti isə əksini. İndi belə vəziyyət yaranıb: oktyabrın 3-də “Dinamo-Minsk” bu stadionda “Harst”ı qəbul etməlidi. Görəsən, Belarus və Şotlandiya klublarının futbolçuları da soyuq su ilə yuyunacaq?
Növbəti dəfə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevi aradıq. Onun “Football-plus.az”a söylədikləri:
“Təbii ki, problem həll olunacaq. Qonaqların qarşısına o şəkildə çıxılmayacaq. Bir şəkildə qaydasına düşəcək. Bilmirəm necə olacaq. Həm “Azəriqaz”, həm də Sumqayıt şəhər İcra Hakimiyyəti ilə müzakirələr davam edir. Yəqin ki, o oyuna qədər, oyundan bir gün öncə mütləq şəkildə problem həll olunacaq”.
RÖYANƏ OĞUZ





