DÇ-də yıxıldı, xəsarət aldı

29.09.2024 16:55 132
İdman
İsveçrəli velosipedçi Muriel Furre gənclər arasında keçirilən dünya çempionatının qrup yarışında yıxılaraq ağır xəsarət alıb.

Ağır kəllə-beyin zədəsi alan 18 yaşlı idmançı helikopterlə xəstəxanaya aparılıb. Qəzanın necə baş verməsi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundiala sentyabrın 29-da yekun vurulacaq.