Kolumbiyalı peşəkar boksçu Luis Kinyunes süni komaya salınıb.
Football-plus.az xəbər verir ki, 25 yaşlı idmançı venesuelalı Xose Munyosa qarşı döyüşdə ağır xəsarət alıb. Munyos reytinq qarşılaşmasının 8-ci raundunda nokautla qalib gəlib. Kinyunes meydanı xərəkdə tərk etməli olub. O, kəllə-beyin zədəsi üzündən əməliyyat olunub.
Qeyd edək ki, Kinyunes peşəkar karyerasına 2018-ci ildə başlayıb. Onun hesabında 10 qələbə və 1 məğlubiyyəti var.