Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Polşa - Avstriya matçının (1:3) keçirildiyi “Olimpiaştadion”da bir azarkeş ağır xəsarət alıb.
“Football-plus.az” xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Polşa yığmasının azarkeşi üç metrdən çox hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Huşunu itirən fanat müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Xatırladaq ki, Polşa yığması Avropa çempionatının qrupdan çıxmaq şansını itirən ilk komanda olub.