“Dinamo” Bakıya qələbəylə gələcək

25.08.2024 14:13 330
Dünya futbolu
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo" Xorvatiya çempionatında 4-cü tur oyununa çıxıb.

“Football-plus.az” xəbər verir ki, Zaqreb təmsilçisi "Qoritsa"nı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Dinamo" - "Qoritsa" - 2:1
Qollar: Kulenoviç, 6, (1:0), 57 (2:0), Prsir, 90+1 (2:1)

"Dinamo" 12 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" - "Dinamo" cavab oyunu avqustun 28-də keçiriləcək. İlk görüşdə xorvatlar 3:0 hesabı ilə qələbə qazanıblar.