Zaqreb "Dinamo"sunun baş məşqçisi istefa verdi

19.09.2024 14:12 131
Dünya futbolu
Xorvatiyanın “Dinamo” klubu baş məşqçisi Sergey Yakiroviçlə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, komandanın Çempionlar Liqasının Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra bu qərar verilib. Mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisini çalışdırırdı.

Qeyd edək ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, komanda ölkə çempionatında 13 xalla 3-cü pillədə qərarlaşıb.