• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Poqba ağır cəza ilə barışmayacaq

Dünya futbolu

4-03-2024, 16:0

Nəhayət, Pol Poqbanın aqibəti məlum olub.

O, gözlənildiyi kimi, ağır cəzadan qaça bilməyib. “Yuventus”un yarımmüdafiəçisi dopinqdən istifadə etdiyi üçün 4 il müddətinə diskvalifikasiya olunub. İtaliya antidopinq prokurorluğu ötən ilin dekabrında onun üçün məhz belə cəza tələb etmişdi. Buna səbəb kimi fransalı futbolçunun orqanizmində testosteronun həddən artıq olması göstərilmişdi.

Amma Pol haqqında çıxarılan qərarla qətiyyən barışmadığını və İdman Arbitraj Məhkəməsinə şikayət edəcəyini bildirib. Martın 15-də 31 yaşını tamamlayacaq futbolçu “instaqram” hesabına bu cümlələri yazıb:

“Milli Antidopinq Tribunalının qərarının doğru olmadığını hesab edirəm. Peşəkar karyeram ərzində qazandığım hər şeyin məndən alındığına görə çox məyusam, şoka düşmüşəm və özümü məhv edilmiş sayıram. Hər şeyə hüquqi məhdudiyyətlərdən qurtulandan sonra aydınlıq gələcək. Bir daha deyirəm, heç vaxt antidopinq qaydalarını pozan maddədən bilərəkdən istifadə etməmişəm. Peşəkar idmançı kimi göstəricilərimi qadağan edilmiş maddələrin hesabına yaxşılaşdırmaq üçün heç bir hərəkət etməmişəm. İndiyədək çıxış etdiyim və rəqib kimi mübarizə apardığım komandalara qarşı hörmətsizliyə, ya da hiyləyə əl atmamışam. Buna görə də İdman Arbitraj Məhkəməsinə şikayət edəcəyəm”.

Xatırladaq ki, “Yuventus”un yarımmüdafiəçisi ötən il avqustun 20-də A seriyasında keçirilən “Udineze” ilə səfər oyunundan (3:0) sonra “ilişmişdi”. Pol həmin matçda iştirak etməsə də, dopinq nəzarətindən keçməli olmuşdu. İlkin testin nəticəsi onun orqanizmində əzələ və sümük kütləsinə təsir edən hormonun - testosteronun həddən artıq olduğunu müəyyən etmişdi. Bu mövsüm çempionatda iki dəfə - “Bolonya” (1:1) və “Empoli” (2:0) ilə matçlarda meydana sonradan çıxan dünya çempionu sentyabrda dopinq testinin müsbət nəticələnməsi ilə bağlı rəsmi məlumat yayılandan sonra bir daha yaşıl meydanlarda görünməyib: Milli Antidopinq Tribunalı onun rəsmi matçlardakı iştirakını qeyri-müəyyən müddətə qədər qadağan etmişdi. Səbəbkar A Seriyasının reqlamentinin 2.1 və 2.2 maddələrini pozmaqda ittiham edilir. Həmin maddələr “yasaqlanmış maddədən istifadə” və “yasaqlanmış maddədən istifadəyə cəhd”i nəzərdə tutur. Qeyd edək ki, İtaliyada dopinqdən yararlanma cinayət hərəkəti hesab olunur.

Poqba bir neçə ay əvvəl testin nəticəsinin təkrar yoxlanılması tələbi ilə çıxış etmişdi. Amma oktyabrın 6-da təkrar testin də müsbət nəticələndiyi açıqlanmışdı. Analiz “Yuventus”un hüquqşünaslarının seçdiyi ekspertlərin müşayiəti ilə Romadakı laboratoriyada aparılmışdı.

Pol 2 illik cəzaya da məruz qala bilərdi. Lakin prokurorlar onun dopinqdən bilərəkdən istifadə etməsini sübuta yetirdikləri üçün müddət iki dəfə artıq olub. Onun göstəricisi yalnız dopinq sayəsində arta bilərdi, bu isə əzələ və sümük kütləsinə birbaşa müdaxilə sayılır. Dopinq həmçinin piy hüceyrələrinin bölünməsinə də şərait yaradır. Bunun qəbulu əzələ toxumasının sürətli inkişafını da təmin edir: bir ay ərzində əzələ kütləsini əhəmiyyətli dərəcədə artırmaq və orqanizmin dözümlülüyünü yaxşılaşdırmaq mümkündü.

Meneceri Polun dopinqdən bilərəkdən yararlanması ilə bağlı versiyanı rədd edir:

“Onun qaydaları bilərəkdən pozmadığına heç bir şübhəm yoxdu”.

Jurnalist Fabiana della Valle isə səbəbin həkimlərlə anlaşılmazlıqla bağlı ola biləcəyi versiyasını irəli sürür. Onun dediyinə görə, ABŞ-dən olan tanış həkim futbolçuya tərkibində testosteron olan dərmanları məsləhət görüb. Poqba dopinq testinin müsbət nəticə verməsi açıqlanandan sonra “Yuventus”un həkimlərinə klubdan xəbərsiz halda preparat qəbul etdiyini bildirib.

Yeri gəlmişkən, onun klubda müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə əsasən illik məvacibi 8 milyon avrodu. “Yuventus” artıq sözləşməni birtərəfli qaydada pozmaq hüququna malikdi. Yerli mənbələr klubun bu halda təxminən 30 milyon avroya qənaət edəcəyini vurğulayır. Pol isə cəzasının azalmasına nail ola bilməsə, karyerasını başa vurmağa məcbur olacaq…

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-12-2023, 19:0

Poqba neçə illik cəza alacaq?

Dünya futbolu

28-07-2022, 19:0

Orqanizmində dopinq aşkarlandı

Dünya futbolu

23-10-2023, 10:0

Dünya çempionu 2 illik cəza aldı

Ölkə futbolu

25-09-2023, 12:0

“Zaqatala”nın futbolçusu dopinqə görə diskvalifikasiya olundu

İdman

14-02-2024, 17:0

CAS Haleplə bağlı dinləmələr keçirdi

Premyer-liqa

14-12-2022, 10:0

"Sabah"da antidopinq seminarı

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 146
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə