“Sumqayıt”ın uğursuz günləri davam edir.
“Kimyaçılar” Misli premyer-liqasının son 4 turunda məğlubiyyətlə üzləşib. Onlar 8-ci turda “Neftçi”nin qonağı olacaq. “Gənclik şəhəri”nin təmsilçinin baş məşqçisi Samir Abasov növbəti görüşdən etibarən heyətlə bağlı ciddi dəyişikliklərin ediləcəyini deyib.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, mütəxəssis bu yöndə ilk qərarını verib. İlk 7 turun hamısında, demək olar ki, 90 dəqiqə meydanda olan Rəhim Sadıxov “ağ-qaralar”la görüşün start heyətində yer almayacaq. Onun əvəzinə meydanda Giorgi Karaişvilini görəcəyik.
Baş məşqçi Rəhimlə təkbətək söhbətdə bunun hələ başlanğıc olduğunu bildirib. Futbolçu fəallaşmayacağı təqdirdə əvəzedici heyətə göndəriləcək.
Qeyd edək ki, bu oyunun start fiti bu gün, saat 19.30-da səslənəcək.
KƏNAN BAHADIR