Yığma COP29-a görə səfərdə oynamalı olacaq

28.09.2024 17:11 152
İdman
Final mərhələsi gələn ilin iyununda keçiriləcək qadınlar arasında basketbol üzrə Avropa çempionatının seçmə mərhələsində yığmamızın oyun qrafiki dəyişib.

Noyabrın 7-də Bakıda Polşanı qəbul etməli olan yığma bu matçı Polşanın Sosnoviç şəhərində yerləşən “Arena Sosnoviç”də keçirəcək. Əvəzində isə gələn il fevralın 9-da millimiz Bakıda Polşanı qəbul edəcək. Noyabrın 10-da Bakıda Litva ilə keçirilməsi nəzərdə tutulan görüş də “Arena Sosnoviç”də gerçəkləşəcək.

Qeyd olunan dəyişikliklər noyabrda ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) evsahibliyi etməsi ilə bağlıdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul