BOS-dəki VAR Mərkəzi fəaliyyətini dayandırdı

2.08.2024 10:52 352
Ölkə futbolu
Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 01.02.2025-ci il tarixinədək fəaliyyətini dayandırıb.

"Football-plus az" xəbər verir ki, bu səbəbdən 2024/25-ci illər mövsümü üzrə ölkə kuboku və Misli premyer-liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.

Qeyd edək ki, AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. Bildirilib ki, AFFA ötən mövsümlərdə olduğu kimi, Misli premyer-liqasının və ölkə kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul