• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Düşünmürəm ki, “Qarabağ” zəif oynadı” - Lunyov Koxalskinin səhvlərindən də danışdı

Aktual / Müsahibə

28-09-2024, 14:0

“Qarabağ” “Tottenhem”lə səfər oyunundan xalsız döndü.

Nəzərə alsaq ki, yeni formatda qapıya vurulan hər top sonda komandanın turnir mövqeyinə təsir edəcək, onda itirilən 3 xal qədər 3 top da bizim əleyhimizədi.

Matçdan sonra sosial şəbəkələrdə oyunçuların səhvləri müzakirə olunarkən çoxları qapıçının üzərində dayandı. Qapımıza vurulan 2-ci və 3-cü qollarda Mateuş Koxalskinin kobud səhvi var idi. Halbuki polşalı qapıçıya böyük ümidlər bəsləyirdik. Açığı, onun Andrey Lunyovu unutdurduğunu da demək olmaz. Dünən hazırda Rusiya klublarından “Dinamo”nun şərəfini qoruyan qapıçı ilə söhbətləşdik, müəyyən suallara cavab tapmağa çalışdıq.

- “Qarabağ”ın “Tottenhem”lə oyununu izlədinmi? Səncə, “Qarabağ” dünən azlıqda olan komandaya qarşı yaxşı mübarizə apara bilmədi, yoxsa bəxti gətirmədi?
- Oyuna baxdım. Nəticə çox üzücüdü. Nəzərə alsaq ki, rəqib çox erkən azlıqda qaldı, oyunun böyük hissəsini 10 nəfərlə keçirdi. Düşünmürəm ki, “Qarabağ” zəif oynadı. Bunu yalnız nəticəyə görə söyləmək olar. Amma oyuna baxsaq, komanda kifayət qədər qol fürsəti yaxaladı. Üstəlik şanssız qollar buraxdı. “Qarabağ” əlinə düşən fürsətləri dəyərləndirsəydi, bəlkə də nəticə başqa cür olardı. Qalib gəlmək də mümkün olardı. Amma bu futboldu, təəssüf ki, belə şeylər olur. Əminəm ki, komanda oyunu təhlil edərək səhvlərindən nəticə çıxaracaq və gələcəkdə bu təcrübədən faydalanacaq.

- “Qarabağ” son üç avrokubok oyununda qol vura bilməyib. Bunu nə ilə bağlayardın? Səncə, rəqiblər daha güclüdü, yoxsa bizimkilərdə ustalıq çatmır?
- Qol vurmamaqla bağlı dəqiq söz deyə bilmərəm. Çünki bütün oyunlara baxmamışam. Ancaq “Qarabağ”ın yüzfaizlik qol imkanları olub. Sadəcə, komanda onları dəyərləndirə bilmir. Bunun nə ilə bağlı olduğunu demək çətindi. Ola bilər ki, ya ümumi təzyiqdən, ya da futbolçuların özündən qaynaqlanır. “Qarabağ” yaxşı və özünəməxsus tərzdə oynayır - cəld ötürmələr və müdafiədən hücuma sürətli çıxış. Sadəcə, son nöqtəni qoymaqla bağlı problem var. Fikrimcə, sadəcə səbirli olmaq lazımdı. Məşqlərdə futbolçular yaxşı çalışır. Gec-tez bunun bəhrəsini görəcəklər.

- “Tottenhem”in vurduğu 2-3-cü qollara görə Koxalskini günahlandıranlar çox oldu. Hətta deyildi ki, bəlkə də Lunyov o topları çıxara bilərdi. Sən olsaydın, üç topdan hansını çıxara bilməzdin?
- Bu haqda danışmaq mənasızdı və mənim tərəfimdən düzgün olmaz. Komandada qapıçılar üzrə məşqçi var, onlar öz aralarında səhvləri təhlil edəcəklər. Yalnız heç nə etməyənlər səhv eləmir, yəni oynayırsansa, səhvlər olmalıdı.  

- Belə fikir də var ki, “Qarabağ” bu il sanki zəifləyib. Bunun səbəbi nə ola bilər? “Qarabağ”da oynamış biri kimi problemi nədə görürsən?
- Bu fikirlə razı deyiləm. Çünki komanda bütün əsas oyunçularını heyətdə saxlayıb, üstəlik ötən mövsümlə müqayisədə daha təcrübəli olub. Ona görə də yalnız “Dinamo” və “Tottenhem” ilə oyunlara görə mülahizə yürütmək düzgün deyil. Avrokubok mövsümünün bitməsini gözləmək lazımdı. Yalnız bundan sonra konkret fikir bildirmək mümkün olacaq. Hələlik isə əksinə, “Qarabağ”ı dəstəkləmək və oyunçulara müsbət enerji ötürmək lazımdı ki, qalan 7 oyunda “Qarabağ” yaxşı futbol sərgiləsin, uğurlu nəticələr qazanaraq hamını sevindirsin.

- Növbəti qarşılaşma “Malmö” ilə olacaq. Bu oyunda “Qarabağ” xal ala bilərmi?
- Əvvəlki oyunlarda olduğu kimi, yenə komandadan parlaq oyun və qələbə gözləyəcəm. Çünki “Qarabağ” təcrübəli və baxımlı futbol oynayan komandadı. Əminəm ki, hər şey yaxşı olacaq.

RÖYANƏ OĞUZ 

Paylaş:
Digər xəbərlər

Aktual

27-07-2023, 17:0

“Qarabağ”ın “Rakuv” qarşısında 4 üstünlüyü - AÇIQLAMA

Aktual / Müsahibə

23-09-2024, 10:0

“Qara dostumdu, amma...” – Elvin Cəfərquliyev “Tottenhem”dən danışdı

Aktual / Avropa Liqası

28-09-2024, 11:0

“Juninyo bütün imkanları qola çevirsəydi, "Qarabağ"da yox, başqa klubda oynayardı”

Aktual / Ölkə futbolu

26-08-2023, 23:0

Quqeşaşvili Şahı ehtiyatda oturtdu!

Manşet / Çempionlar Liqası

29-07-2023, 18:0

Əfran İsmayılov "Qarabağ"dan nə gözləyir? - AÇIQLAMA

Manşet / Avropa Liqası

27-09-2024, 01:0

"Qarabağ" "Tottenhem"ə böyük hesabla uduzdu - YENİLƏNİB

Aktual
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Son xəbərlər
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Dünən, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Dünən, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Dünən, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Dünən, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Dünən, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Dünən, 14:45
    MS-ni tərk edə bilər
  • Dünən, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Dünən, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Dünən, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Dünən, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Dünən, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Dünən, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Dünən, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 264
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 230
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə