"Qarşılaşmada bəzi şeylər bizim xeyrimizə olmadı"

27.09.2024 13:51 308
Avropa Liqası
“Oyun bizim üçün asan başlamadı, amma bəzən çətin anların öhdəsindən gəlməli olursan. Məncə, bunu çox yaxşı bacardıq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Tottenhem”in futbolçusu Ben Devis Avropa Liqasının Liqa mərhələsinin ilk turunda "Qarabağ"la keçirdikləri oyundan sonra (3:0) deyib.

UEFA-nın mətbuat xidmətinə danışan uelsli müdafiəçi Londonda Ağdam klubuna 3:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib:

"10 nəfərlə oynayırıqsa, buna hamı adaptasiya olmalıdır. Əslində rəqibin əlinə bir neçə fürsət keçmişdi. Buna görə də müdafiə güclü olmalıdır. Çətin olacağını bilirdik, amma bu bir yarışdır. Bəzən bu nəticəni əldə etmək üçün həddindən artıq çalışmalısan. Qarşılaşmada bəzi şeylər bizim xeyrimizə olmadı. Amma düşünürəm ki, biz qələbəyə layiq idik”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul