"Footbal-plus.az" xəbər verir ki, "CBC Sport"a danışan müdafiəçi bunları söyləyib:
"Ümumi olaraq kifayət qədər güclü rəqibə qarşı oynadıq. Səfərdə 3:0 hesabıyla qələbə qazansaq da, ağır rəqib idi. Əlimizdən gələni etdik. Qol vurmaq, qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Belə 1 xal da pis nəticə deyil.
Rəqibin kifayət qədər geniş heyəti var. Onların bütün oyunçularını analiz etmişdik. Bizim üçün sürpriz bir şey olmadı. "Olimpiakos"u tanıyırdıq".
Rəqibin kifayət qədər geniş heyəti var. Onların bütün oyunçularını analiz etmişdik. Bizim üçün sürpriz bir şey olmadı. "Olimpiakos"u tanıyırdıq".
Mustafazadə müdafiə xəttində Kevin Medina və Badəvi Hüseynovla rəqabətin komanda üçün faydalı olacağını da əlavə edib:
"Rəqabətin olması özümüz və komandamız üçün çox faydalıdı. Baş məşqçi kimin daha uyğun olduğunu bilir. Rəqabət olan mühitdə hamı inkişaf edir".




