Maçado ilə mübarizədə zədələnən və meydanı tərk etmək məcburiyyətində qalan panamalının oyundan sonra yayılan şəkilləri izləyiciləri nigaran qoydu. Bildiyimizə görə, futbolçu bazar günü komandanın məşqinə də qatılmayıb. Bəs Miller növbəti matçda komandasına kömək edə biləcəkmi?
“Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin “Football-plus.az”a açıqlaması:
“Aparılan tibbi müayinədən sonra futbolçunun üzündə çapıq və sinus sümüyünün üst nahiyəsində sınıqlar aşkar olunub. Hazırda müalicə alır. Növbəti turda meydana çıxması sual altındadı”.
RÖYANƏ OĞUZ






