Mikel Artetanın “Arsenal”ı daha uzun müddət çalışdırmaq şansı var.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi baş məşqçi ilə yeni uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər hazırda yeni sözləşmə ilə bağlı danışıqları davam etdirirlər və proses artıq yekun mərhələyə yaxınlaşıb. 44 yaşlı mütəxəssisin komandadakı fəaliyyətini davam etdirməsi rəhbərliyin əsas prioritetlərindən biridi.
Arteta “Arsenal”ı 2019-cu ilin sonundan çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm İngiltərə çempionu olub. “Topçular” bir dəfə ölkə kubokunu və üç dəfə İngiltərə superkubokunu da qazanıblar.
İspaniyalı mütəxəssisin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Arteta “Arsenal”ı tərk edəcək?
Dünya futbolu






